5 medallı müharibə iştirakçısının ifası Zauru göz yaşına boğdu - VİDEO

10:43 - 29 Noyabr 2021 - MƏDƏNİYYƏT - ŞOU

Vətən müharibəsi iştirakçısı Fərrux Rzazadə ATV-nin “Bizimləsən” proqramının qonağı olub.

Manset.az xəbər verir ki, döyüşçünün müharibə zamanı evlərin birindən tapılan pianonunu ifa edərkən çəkilən videosu sosial şəbəkələrdə geniş yayılmışdı. Efirlərdə çox görünmək istəməyən Fərrux Rzazadə televiziyada ilk dəfə ATV-də qonaq olub. O, həmçinin pianoda yenidən ifa edib.

Müharibə iştirakçısı bildirib ki, paytaxtdakı kafelərin birində ofisiant kimi çalışır. Proqramın aparıcısı Zaur Baxşəliyev musiqi sahəsində Fərrux Rzazadəyə dəstək olacağına söz verib.


Loading...

Xəbər xətti

20 Yanvar 2022