ABŞ nüvə silahı arsenalını modernləşdirməlidir - Nazir

18:40 - 30 Mart 2025

ABŞ nüvə silahı arsenalını modernləşdirməlidir - Nazir

ABŞ-nin energetika naziri Kris Rayt hesab edir ki, Vaşinqton nüvə silahı arsenalını modernləşdirməlidir.

 

Manset.az xəbər verir ki, o, bu fikri “Fox News” telekanalına müsahibəsində bildirib.

"ABŞ İkinci Dünya Müharibəsi zamanı Manhetten Layihəsi vasitəsilə inanılmaz nailiyyət əldə etdi: dünyanın ilk atom silahını yaratdı. Bu, İkinci Dünya Müharibəsinin erkən başa çatmasına, on və ya yüz minlərlə amerikalının həyatını xilas etməyə imkan verdi. Sonra yeni nüvə silahlarının inkişafı olmadan üç onillik bir dövr gəldi və bütün arsenalımız köhnəldi. İndi bizə lazım olan nüvə ehtiyatlarını artırmaq deyil, silahları modernləşdirməkdir", - o söyləyib.

Nazir həmçinin bildirib ki, nüvə silahı ilə bağlı əsas məsələ ondan istifadə etməməkdir.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin