Azərbaycanda koronavirusun təhlükəli ştamı ilə bağlı yoxlamalara başlanıldı

10:29 - 29 Noyabr 2021

Azərbaycanda koronavirusun təhlükəli ştamı ilə bağlı yoxlamalara başlanıldı

Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb.

Manset.az xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev məlumat verib.

Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Genetika mütəxəssisi əlavə edib ki, müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin