Sabah sulu qar yağacaq - XƏBƏRDARLIQ
1 Aprel 2025
18:15 - 30 Mart 2025
ABŞ Prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksander Stubb ilə buzqıran gəmilərin alınması məsələsini müzakirə edib.
Manset.az xəbər verir ki, bu barədə Amerika lideri özünün “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Prezident Stubb və mən Birləşmiş Ştatlar və Finlandiya arasında tərəfdaşlığı gücləndirməyi planlaşdırırıq ki, bu da ABŞ-yə son dərəcə lazım olan çoxlu sayda buzqıranların alınması və hazırlanmasını əhatə edir”, – o yazıb.
Tramp qeyd edib ki, müzakirələr Floridanın Palm-Biç şəhərindəki “Trump International Golf Club”da fin lideri ilə qolf oyunu zamanı baş tutub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin