Aparıcının fikirlərinə görə “Kanal S”in yayımı dayandırılır – RƏSMİ
1 Aprel 2025
14:32 - 30 Mart 2025
"Zədəmim araya girməsi, bəlkə də milliyə dəvət almağımla bağlı hansısa fikirləri dəyişdi. Amma son bir-iki oyunumu millidə keçirməyi və bu komanda ilə vidalaşmağı çox istəyirdim. Yay toplanışına qədər gözləyəcək, ondan sonra qərarımı verəcəyəm".
Manset.az xəbər verir ki, bu sözləri teleqraf-a açıqlamasında uzun müddətdir Azərbaycan millisinə dəvət almayan "Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev deyib.
Yığmanın Belarus və Haiti ilə yoldaşlıq görüşlərini izlədiyini deyən 33 yaşlı yarımmüdafiəçi futbolçuların çıxışlarına qiymət verməkdən imtina edib: "Oyunçular barədə heç nə deməyəcəyəm. Nə qədər futbolda olacağamsa, çalışacağam ki, komanda yoldaşlarımı dəstəkləyim. Onlar dəstəyə layiqdirlər. Biz problemi stadionun içində görürüksə, onda hamısını güclü tənqid etmək lazımdır. Elə üstlərinə getməliyik".
Qarayevin fikrincə, uğursuz nəticələrin günahını meydandan kənarda axtarmaq lazımdır: "Şəxsi qərarımdır, bunu müzakirəyə açıq elan etmirəm. Fikrimcə, bizdə futbolçu yetişmirsə, bir mövqeyə 4-5 oyunçu çağıra bilmiriksə, deməli, problem meydanda deyil, meydandan kənardadır. Biz yetişdirməli, fərqli şeylərə diqqət etməliyik. Bizim komandanın məşq etməyə meydançası yoxdur, bəzən meydança problemi yaşayırıq. Amma deyirik ki, sabah Fransaya qarşı heyət düzəltməliyik. Nə dərəcədə mümkündür? Şərait, mühit uşaqların oynaması üçün hazırlanmırsa, biz oradan heç bir məhsul götürə bilməyəcəyik".
Təcrübəli futbolçu azarkeşləri bu çətin dönəmdə futbolçulara dəstək olmağa səsləyib: "Biz də vaxtilə uduzmuşuq. Özümüzdən olan idmançıları tənqid edib dəstəkləmək lazımdır. Həm sevgi, həm də qorxu göstərmək lazımdır ki, daha məsuliyyətli olsunlar. Bunun üçün şərait yaradılmalıdır. Onlar istəsələr də, istəməsələr də məsuliyyətli olmalıdırlar. Bizdə boşluqdur deyə, bəzi futbolçular bəlkə yaxşı hazırlaşmırlar. Başqa amillər də ola bilər. Hər halda, bunlar azarkeşlər qarşısında səbəb deyil. İstər "Araz-Naxçıvan"dan, istər milli komandanın bütün futbolçularından azarkeşlər nəticə gözləyirlər. Biz bunu başa düşürük. İnanın ki, istər millidə, istərsə də klubda udub evə gedəndə valideynlərimiz də bizdən razı olub. Nə vaxt ki uduzub getmişik, atam mənimlə söhbət etmək istəməyib. Buna görə onların da həyatı bizimkindən seçilmir. Nə zamansa millidən getsəm belə, ürəyim həmişə bu bayraq üçün döyünüb, bundan sonra da elə olacaq".
Qeyd edək ki, Qara Qarayev sonuncu dəfə 2022-ci il iyunun 10-da Slovakiyaya evdə 0:1 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının oyununda Azərbaycan yığmasının formasını geyinib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin