Aparıcının fikirlərinə görə “Kanal S”in yayımı dayandırılır – RƏSMİ
1 Aprel 2025
13:56 - 30 Mart 2025
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin səhhətində problem yaranıb. Onun onurğa sütununda problemlərin olduğu, yeriyə bilmədiyi qeyd edilib. Şeyx bu gün bayram namazına da qatılmayıb.
Manset.az Şeyxin səhhəti ilə bağlı onun qardaşı Milli Məclisinin deputatı Cavanşir Paşazadə ilə əlaqə saxlayıb.
C. Paşazadə Manset.az-a sərt açıqlama verərək, bayram günündə Şeyxlə bağlı xəbərə görə onun niyə narahat edildiyini bildirib.
"Mənim bayramımı təbrik etmək üçün zəng vurmusunuz, yoxsa, məni əsəbləşdirmək üçün? Bayram günündə niyə zəng edib, mənə belə suallar verirsiniz? Gedin işinizlə məşğul olun!"-deyə Cavanşir Paşazadə bildirib.
Qeyd edək ki, Cavanşir Paşazadə illərdir Milli Məclisinin deputatıdır. Təəssüf ki, bu illər ərzində deputat KİV nümayəndələri ilə necə danışacağını öyrənməyib. Hazırda ictimaiyyət arasında narahatlıq doğuran qardaşı Şeyxülislam Hacı Allahşükür Paşazadənin səhhətində problem yaranmasına saymazyana münasibət göstərməsi isə bizdə böyük təəssüf doğurur...
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin