Azərbaycanın tanınmış cərrahı qəfil vəfat etdi - FOTO
1 Aprel 2025
13:45 - 30 Mart 2025
Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb.
Manset.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası ölkənin Myanmadakı səfirliyinə istinadən məlumat yayıb.
"Martın 30-da Çinin Myanmadakı səfirliyi güclü zəlzələ nəticəsində 13 vətəndaşının xəsarət aldığını təsdiqləyib", - məlumatda deyilir.
Bundan əvvəl "Sinxua" agentliyi Çinin Yanqondakı səfirliyinin əməkdaşına istinadən 12 nəfərin yaralandığını bildirib.
Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1 700-ü keçib. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin