Azərbaycan çempionatında yeni rekord qeydə alındı

12:26 - 30 Mart 2025

Azərbaycan çempionatında yeni rekord qeydə alındı

Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “Sumqayıt” - "Sabah" oyununda (3:3) qeydə alınıb.

Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.

Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/2010), “Bakı” (2012/2013) və “Zirə”yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin