Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO

10:02 - 29 Noyabr 2021 - SİYASƏT

"Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. 

"Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”, - deyə Dövlət başçısı bildirib.(qaynarinfo)


Loading...

Xəbər xətti

20 Yanvar 2022