Naxçıvan məscidlərində bayram namazı - FOTO

10:20 - 30 Mart 2025

Naxçıvan məscidlərində bayram namazı - FOTO

Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.

 

Manset.az xəbər verir ki, dini ayinlər Naxçıvan şəhərindəki Heydər, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub. Həmçinin bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb.

Namazdan sonra dualar oxunub.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin