Endokrinoloji Mərkəzin direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT
1 Aprel 2025
10:09 - 30 Mart 2025
Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulacaq.
Manset.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Kəpəz” Tovuzda “Səbail”lə qarşılaşacaq.
Turun qapanış matçında “Zirə” “Şamaxı”nı qəbul edəcək.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Qarabağ” “Turan Tovuz”a 4:1 hesabıyla qalib gəlibsə, “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” – “Sabah” (3:3) matçlarında qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası
28-ci tur
30 mart
“Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 16:00.
“Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin