Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edildi

09:34 - 29 Noyabr 2021 - HADİSƏ

Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuların son durumu açıqlanıb.

Manset.az xəbər verir ki, hərbi qulluqçular - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir.

Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Loading...

Xəbər xətti

20 Yanvar 2022