Uqandada meymunçiçəyinə yoluxanların sayı açıqlandı

23:45 - 29 Mart 2025

Uqandada meymunçiçəyinə yoluxanların sayı açıqlandı

Uqandada meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son səkkiz ay ərzində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4 810 nəfərə çatıb.

 

Manset.az Sinhua-ya istinadən məlumatına görə, bu, Uqanda Səhiyyə Nazirliyinin məlumatlarında əks olunub.

Qurumun hesabatına əsasən, bu müddət ərzində ölənlərin sayı 37 nəfər təşkil edib.

“Son 24 saat ərzində 13 yeni yoluxma, 6 ölüm faktı qeydə alınıb. Mpox xəstəliyinə yoluxma halları artmaqda davam edir, nəzərəçarpacaq pik həddi 2025-ci ilin martında baş verir. Ən çox yoluxmuş demoqrafik qrup 25-29 yaş arası insanlardır”, – məlumatda deyilir.

Qeyd edək ki, cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, Uqandada dünyada meymunçiçəyinə yoluxma hallarının ən böyük sayı qeydə alınıb.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin