Ərdoğan Pezeşkianla danışdı

19:24 - 29 Mart 2025

Ərdoğan Pezeşkianla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezaşkian arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər arasında ikitərəfli məsələlər müzakirə olunub. Həmçinin regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan qeyd edib ki, Ankara ikitərəfli münasibətlərin inkişafı üçün səylərini davam etdirəcək. Telefon danışığı zamanı Türkiyə lideri həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin