12 günlük bayram tətili başa çatdı
1 Aprel 2025
17:58 - 29 Mart 2025
Martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Manset.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, firavanlıq və ruzi-bərəkət arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı, qardaş Türkiyə xalqını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Rəcəb Tayyib Ərdoğan təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları qardaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb və tezliklə yenidən görüşəcəkləri ilə bağlı ümidvarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin