12 günlük bayram tətili başa çatdı
1 Aprel 2025
17:15 - 29 Mart 2025
Azərbaycan Premyer Liqasının XXVIII turunun “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.
Manset.az xəbər verir ki, bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.
2022/23 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.
Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin