Ərdoğan Azərbaycan Prezidentini təbrik etdi

16:57 - 29 Mart 2025

Ərdoğan Azərbaycan Prezidentini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.

 

Manset.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.

İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.

Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram".


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin