Saratovda sərnişin təyyarəsi qəzalı eniş etdi

16:08 - 29 Mart 2025

Saratovda sərnişin təyyarəsi qəzalı eniş etdi

Rusiyanın Saratov şəhərində sərnişin təyyarəsi nasazlıq səbəbindən qəzalı eniş edib.

 

Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regional İstintaq İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

"Təyyarə Saratov şəhərinin Qaqarin hava limanında qəzalı eniş edib. Heç bir zədə aşkar edilməyib, xəsarət alanlar yoxdur", - qurumun məlumatında bildirilib.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin