Bu ilin ilk Günəş tutulması oldu - YENİLƏNİB

16:51 - 29 Mart 2025

Bu ilin ilk Günəş tutulması oldu - YENİLƏNİB

2025-ci ilin ilk Günəş tutulması başa çatıb.

 

Manset.az xəbər verir ki, tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 12:50:35-də başlayıb və 16:43:25-də sona çatıb.

Qeyd edək ki, tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.

Təbiət hadisəsi Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanın əhatə edib.

 

***

13:15

 

Bu ilin ilk Günəş tutulması başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.

Bildirilib ki, tutulma bu gün 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin