"Ermənistan təxribatlarını gizlətməyə çalışır" - MN
31 Mart 2025
10:41 - 29 Mart 2025
Futbol üzrə Türkiyə Superliqasının 29-cu turunun mərkəzi oyununda bu gün “Beşiktaş”la lider “Qalatasaray” görüşəcək.
Manset.az xəbər verir ki, İstanbul derbisinin baş hakimi Yasin Kol olacaq.
Superliqada “Beşiktaş” 44 xalla 4-cü pillədədir. Keçirdiyi 27 matçdan 22-də qalib gələn, 5-də isə heç-heçə edən “Qalatasaray” isə 71 xalla vahid liderdir.
Mövsümün ilk dövrəsində “Qalatasaray” “Beşiktaş”ı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin