"Ana müxalifət artıq Qərbə yalvarır" - Ərdoğan

23:55 - 28 Mart 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki ana müxalifətin özünə nəzarətin itirdiyini bildirib.

 

Manset.az xəbər verir ki, o, bu barədə İstanbulda çıxışı zamanı deyib.

“Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür biabırçılıq nümayiş etdirildi”, - dövlət başçısı söyləyib.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin