"Hərfləri tanımıram, alimlər işləyir, pullar da gəlir" - VİDEO
31 Mart 2025
23:30 - 28 Mart 2025
“Minsk Qrupunun artıq heç bir rolu qalmayıb”.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.
Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh üçün Ermənistan konstitusiyasının dəyişməli olduğunu deyən sabiq səfir, Minsk qrupuna da ehtiyacın qalmadığını qeyd edib.
“Çünki Azərbaycan və Ermənistan öz aralarında danışıqlar aparmaq qərarına gəldikdə, artıq vasitəçilərə ehtiyac yox idi və onlar sülh müqaviləsi imzalamağa yaxındırlar. Belə olan halda, əlbəttə ki, Minsk Qrupuna ehtiyac yoxdur”.
Metyu Brayza əlavə edib ki, həmçinin Tramp administrasiyasının da iki ölkə arasında vasitəçiliyinə ehtiyac qalmayıb. Çünki hər iki ölkə vasitəçi olmadan sülhə daha çox yaxınlaşır.
“Əgər Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaq üzrədirsə, ABŞ-ın və ya başqa bir ölkənin vasitəçiliyinə ehtiyac yoxdur. Mən ümid edirəm ki, onlar sülh müqaviləsini imzalayacaqlar. Bildiyimiz kimi, razılaşma mətni artıq yekunlaşmaq üzrədir və indi əsas məsələ Ermənistanın konstitusiyasını Azərbaycanın tələbinə uyğun dəyişdirilməsidir. Mənə elə gəlir ki, bu baş verəcək. Təbii ki, əgər Baş nazir Nikol Paşinyanın siyasi rəqibləri qeyri-qanuni hərəkətə əl atmazlarsa. Hamımız xatırlayırıq ki, 1999-cu ilin oktyabrında da Ermənistan və Azərbaycan Minsk Qrupunun səyləri nəticəsində sülhə yaxın idilər, lakin sülhün əleyhdarları Ermənistanın baş nazirini və parlament sədrini qətlə yetirdilər”, - deyə Brayza əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin