Bakıda “Range Rover”yanıb külə döndü: Sürücü son anda xilas oldu - FOTOLAR
31 Mart 2025
22:25 - 28 Mart 2025
“Ukrayna Vaşinqtondan gələn hərbi yardımı borc kimi tanımayacaq.”
Manset.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlaması zamanı deyib.
"European Pravda" qəzeti əlində olan sənədin surətinə istinadən yazıb ki, Ukrayna və ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən, göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir. Sözügedən kompensasiyanın məbləği 120 milyard dolları keçə bilər.
Zelenski isə məsələ ilə bağlı açıqlaması zamanı Ukraynanın ABŞ-dan mineral ehtiyatlar üzrə yeni saziş layihəsini aldığını deyib. Onun sözlərinə görə bu, əvvəlki sazişdən tamamilə fərqli bir sənəddir. Daha sonra Ukraynanın ABŞ-ın hərbi yardımını borc kimi tanımayacağını vurğulayan Zelenski sözlərinə belə davame dib: “Biz dəstəyə görə minnətdarıq. Lakin bu, kredit deyil və biz buna imkan verməyəcəyik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin