Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirildi - FOTOLAR

20:01 - 28 Mart 2025

Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirildi - FOTOLAR

Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirildi

 

Manset.az xəbər verir ki, martın 27-də Mingəçevir şəhərində Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü (Infoday) keçirilib. Tədbirdə festivalın əsas məqsəd və vəzifələri, keçirilmə qaydaları və iştirak şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

İnfoday çərçivəsində festivalın konsepsiyası, müraciət proseduru və festival daxilində reallaşdırılacaq layihələr barədə ətraflı video təqdimat nümayiş olunub. Tədbirdə iştirak edən uşaqlara festivalda qeydiyyat keçməklə bağlı müraciət qaydaları izah edilib.

Görüşdə Azərbaycan Respublikasının xalq artisti Ella Yaqubova və Azərbaycan Respublikasının əməkdar artisti Şıxı Yaqubov da iştirak etdi.

Sonda istedadlı uşaqların iştirakı ilə müxtəlif bədii nömrələr nümayiş olunub. Tədbir iştirakçıları festivalın uşaqların yaradıcılığını dəstəkləmək və incəsənətə marağı artırmaq baxımından mühüm rol oynadığını qeyd ediblər.



Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin