31 Mart soyqırımından 107 il ötür
31 Mart 2025
12:43 - 28 Mart 2025
Çinin Xarici İşlər naziri Van Yi martın 31-dən aprelin 2-dək Rusiyaya səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Rusiya Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə ÇKP MK Siyasi Bürosunun üzvü və Xarici İşlər naziri Van Yi martın 31-dən aprelin 2-dək Rusiyada rəsmi səfərdə olacaq”.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakunun brifinqdə verdiyi məlumata görə, səfər zamanı Xarici İşlər naziri Van Yi Rusiyanın yüksək səviyyəli liderləri ilə görüşəcək və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin