“Çalovu o üz-bu üzə fırlayanda səhvən evə dəyib” - VİDEO

00:22 - 28 Mart 2025

“Çalovu o üz-bu üzə fırlayanda səhvən evə dəyib” - VİDEO

Yasamal rayonunda rəsmi icazəsi olmadan vətəndaşın evini sökən “Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi hadisə ilə bağlı açıqlama verib.

 

Manset.az xəbər verir ki, MTK-nın nümayəndəsi Arzuman Murtuzayev söküntü aparılması tapşırığının şirkət tərəfindən verilmədiyini bildirib.

Onun sözlərinə görə, işçilər səhvən evi söküblər:

“Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Səhvən olub. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbibə də bazar qiymətlərindən qat-qat baha- 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir”.

Daha ətraflı videomaterialda:


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin