İsrail Qəzzaya humanitar yardımın 80%-dən çoxunu bloklayıb - KİV

09:09 - 28 Mart 2025

İsrail Qəzzaya humanitar yardımın 80%-dən çoxunu bloklayıb - KİV

İsrail ordusu bu ay Qəzza zolağına humanitar yardımın 80%-dən çoxunu əngəlləyib.

 

Manset.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, martın 18-dən 24-dək İsrail hərbçiləri anklava göndərilən humanitar yardımın 82%-ni rədd edib. OCHA-nın açıqlamasında deyilir: "Çörəkxanalar üçün zəruri əşyaların və məhsulların çatdırılması effektiv şəkildə bloklanır".

Öz növbəsində, BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edir ki, Qəzzada yüz minlərlə insan yenidən qida çatışmazlığı və hətta İsrailin zolağa gələn bütün yardımların üç həftəlik blokadası səbəbindən aclıq təhlükəsi ilə üzləşib.

Qəzza zolağına humanitar yardımın bərpası İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə yanvarın ortalarında Qəzzada atəşkəs tətbiq etmək barədə razılığa gəldikdən sonra mümkün olub və bu, yanvarın 19-da qüvvəyə minib.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin