“Melissa Group”un rəhbəri saxlanıldı

08:57 - 28 Mart 2025

“Melissa Group”un rəhbəri saxlanıldı

“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Xatırladaq ki, ötən gün sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin