Xəyal idi, gerçək olur

00:30 - 28 Mart 2025

Xəyal idi, gerçək olur

Futbol dünyasının iki əfsanə futbolçusu olan Lionel Messi Kriştiano Ronaldo eyni komandada oynaya bilər.

 

Manset.az xəbər verir ki, Ronaldo Messinin forma geyindiyi “İnter Mayami” klubuna müvəqqəti transfer ola bilər. “TalkSPORT”un məlumatına görə, Ronaldonun “Əl Nəssr”lə müqaviləsi mövsümün sonunda yekunlaşır. Ronaldo klubu ilə yeni müqavilə imzalamazdan əvvəl müvəqqəti olaraq “İnter Mayami”yə transfer ola bilər. Bildirilir ki, mövsümün sonunda təşkil olunacaq Klublararası Dünya Çempionatında “İnter Mayami” klubu da yer alacaq.

Xəbərdə deyilir ki, “İnter Mayami” Klublararası Dünya Çempionatı üçün Ronaldonu transfer edərək, iki ulduzun eyni heyətdə yer almasını təmin edə bilər.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin