İran Trampın məktubuna cavab göndərdi

00:05 - 28 Mart 2025

İran Trampın məktubuna cavab göndərdi

Trampın məktubunun cavabını Oman vasitəsilə göndərdik.

 

Manset.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi IRNA-ya müsahibəsində bildirib.

Nazir ABŞ Prezidentinin məktubuna İranın rəsmi cavabının Oman vasitəsilə lazımi qaydada göndərildiyini açıqlayıb.

“Bu rəsmi cavab məktubunda mövcud vəziyyətlə bağlı fikirlərimiz tam şəkildə izah edilib və qarşı tərəfə məlumat verilib”, - İran XİN rəhbəri vurğulayıb.

Nazir əlavə edib ki, “İranın siyasəti maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlardan çəkinməkdir. Lakin dolayı yolla danışıqlar, əvvəlki təcrübələrdə olduğu kimi, davam edə bilər”.

Qeyd edək ki, Oman daha əvvəl də Tehran və Vaşinqton arasında vasitəçilik missiyasını yerinə yetirib.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin