31 Mart soyqırımından 107 il ötür
31 Mart 2025
19:39 - 27 Mart 2025
Donald Tramp administrasiyasının federal hökuməti ixtisar etmək planı çərçivəsində 10 min işçini ixtisar edəcəyini açıqlayıb.
Manset.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada işçilərin sayının 82 mindən 62 minə endiriləcəyi və regional idarələrin yarısının bağlanacağı açıqlanıb.
Açıqlamada deyilir ki, Tramp administrasiyasının federal hökuməti azaltma planı çərçivəsində qəbul edilən bu qərara ixtisar ediləcək 10 min işçi ilə yanaşı, erkən pensiya və ya bonus təkliflərini qəbul edən 10 min nəfər də daxildir.
Bəyanatda həmçinin işçi qüvvəsinin ixtisarının vergi ödəyicilərinə hər il 1,8 milyard dollar qənaət edəcəyi bildirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin