Ermənistandan növbəti TƏXRİBAT
30 Mart 2025
14:20 - 27 Mart 2025
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Novruz Bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Manset.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ölkənizə isə sülh, tərəqqi və firavanlıq arzulayıram.
Novruz bayramı əsrlər boyu ölkələr arasında qarşılıqlı hörmət, dostluq, mehribanlıq rəmzi olmuşdur. Çoxəsrlik adət-ənənələrə və mədəni irsə malik olan Novruz xalqlar arasında qarşılıqlı hörmət əsasında qurulan əlaqələrin, sülhün və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır.
Mən qəti şəkildə inanıram ki, Gürcüstan ilə Azərbaycan arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlıq gələcəkdə də inkişaf edərək regional sülh və sabitliyi daha da möhkəmləndirəcək.
Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, bu əlamətdar bayram münasibətilə dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin