İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
30 Mart 2025
13:50 - 27 Mart 2025
Azərbaycanın mərhum prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.
Körpələrdən biri qız, digəri isə oğlandır.
Məlumatı saytımıza ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulub: “Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır”.
Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin