İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
30 Mart 2025
13:25 - 27 Mart 2025
"Yazda ən çox əziyyət çəkilən xəstəliklər allergik xəstəliklərdir - allergik rinitdir, allergik bronxitdir və s. Bu xəstəliklər daha çox yazda üzə çıxmağa başlayır. Mövsümi allergiyası olan xəstələr daha çox bu aylarda əziyyət çəkirlər. Mütləq şəkildə həkim nəzarəti altında olmalıdırlar".
Bu sözləri Manset.az-a açıqlamasında pediatr Gülnar Abdullayeva deyib. O bildirib ki, hava dəyişkənliyi uşaqlarda xəstəliyə səbəb ola bilər:
"Ani hava dəyişkənliyi valideyni çaşdırır, uşağı çox qalın geyindirir və uşaq tərləyir, xəstələnir. Yaxud nazik geyinən uşaq axşamlar hava soyuduğu üçün xəstələnir. Ona görə də uşaqları hava şəraitinə uyğun geyindirmək lazımdır".
Gülnar Abdullayeva qeyd edib ki, uşaqları mövsümi viruslardan qorumaq üçün ilk növbədə qidalanmalarına diqqət etmək, düzgün geyindirmək lazımdır:
"Çox vaxt uşağın allergiyası olur, lakin valideyn bunu qriplə səhv salır. Günəş altında gəzməli, mütəmadi D vitamini qəbul etməli, təmiz havada çox vaxt keçirməlidir, oturaq həyat olmamalıdır, bol hərəkət etməlidir, yuxu rejimi normal olmalıdır.
Uşağın allergiyası yoxdursa, C vitamini ilə zəngin olan sitrus meyvələrlə qidalanmalıdır. Mövsümi meyvələri yeməlidir. Minerallı qidalardan, ət və ət məhsullarından, ağartı məhsullarından istifadə etməlidir.
Evdə özbaşına olunan müalicələr, sistem və iynələrin tərəfdarı deyilik. Bəzi valideynlər deyir ki, bizə immuniteti gücləndirən dərmanlar yazın. Belə bir müalicə ümumiyyətlə yoxdur və yalnışdır".
Seyranə Quliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin