Ermənistandan növbəti TƏXRİBAT
30 Mart 2025
13:01 - 27 Mart 2025
Rusiyanın “Utair” aviaşirkəti bu ölkənin Xantı-Mansi Muxtar Dairəsinin Surqut şəhərindən Azərbaycanın paytaxtı Bakıya birbaşa reyslərin sayını artıracaq.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilib ki, uçuşlar yay aylarında daha çox olacaq. Əgər hazırda uçuşlar yalnız çərşənbə günləri həyata keçirilirsə, yay aylarında cümə və bazar günləri əlavə reysləri cədvələ daxil ediləcək. İlk belə reys iyun ayının əvvəlində baş tutacaq.
Məlumata əsasən, iyunun 6-da Surqutdan uçuş 06:40-da, Bakıya gəliş 10:05-da baş tutacaq. Bazar günləri isə reys axşam saatlarında olacaq: Surqutdan uçuş 17:15-də, Bakıya gəliş - 20:40-da. “Utair” təyyarələri cədvələ görə, həmin gün geri də uçacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin