Pilot pasportunu unutduğu üçün təyyarə geri qayıtdı

11:01 - 27 Mart 2025

Pilot pasportunu unutduğu üçün təyyarə geri qayıtdı

Los-Ancelesdən Şanxaya uçan "United Airlines"-a məxsus Boeing 787 təyyarəsi pilotlardan biri pasportunu unutduğu üçün geri dönmək məcburiyyətində qalıb.

 

Manset.az xəbər verir ki, Los-Anceles Beynəlxalq Hava Limanından (LAX) 257 sərnişin və 13 ekipaj üzvü ilə havaya qalxan UA 198 saylı reysi təxminən iki saatlıq uçuşdan sonra Sakit Okean üzərindən geriyə dönüb və San Fransiskoya yönləndirilib.

United Airlines-ın açıqlamasında deyilir: "Pilotlardan birinin pasportu yanında yox idi. Müştərilərimizin şikayətini həll etmək üçün yeni komanda təşkil etdik və həmin axşam onları təyinat yerlərinə apardıq. Sərnişinlərə yemək kuponu və kompensasiyalar verildi".

Yeni heyətlə təyyarə havaya qalxıb və təxminən altı saat gecikmə ilə Şanxaya çatıb.


Xəbər xətti

30 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin