Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
19:38 - 28 Noyabr 2021
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma 2021-ci ilin ən yaxşı qolkiperi seçilib.
Manset.az-ın məlumatına görə, İtaliya millisinin üzvü Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.
22 yaşlı qapıçı 170 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya yığmasının və "Bavariya"nın qolkiperi Manuel Noyer 75 xalla 2-ci, İngiltərənin "Çelsi" komandasının seneqallı qapıçısı Eduar Mendi 40 xalla 3-cü olub.
Qeyd edək ki, IFFHS daha əvvəl "Bavariya"nın hücumçusu Robert Levandovskini ilin futbolçusu elan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin