Allahşükür Paşazadənin səhhətində problem yarandı
30 Mart 2025
10:03 - 27 Mart 2025
Martın 26-da Gəncə şəhərində Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü (Infoday) keçirilib. Tədbirdə festivalın əsas məqsəd və vəzifələri, keçirilmə qaydaları və iştirak şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Manset.az xəbər verir ki, infoday çərçivəsində festivalın konsepsiyası, müraciət proseduru və festival daxilində reallaşdırılacaq layihələr barədə ətraflı video təqdimat nümayiş olunub. Tədbirdə iştirak edən uşaqlara festivalda qeydiyyat keçməklə bağlı müraciət qaydaları izah edilib.
Görüşdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Həşimova, Azərbaycan Respublikasının əməkdar artisti Kəmalə Tağızadə, Azərbaycan Respublikasının əməkdar artisti Kəmalə Məmmədova, Azərbaycan Respublikasının əməkdar artisti Novruz Cəfərov və Azərbaycan Respublikasının əməkdar artisti Salamulla İsmayılov da iştirak etdi.
Sonda istedadlı uşaqların iştirakı ilə müxtəlif bədii nömrələr nümayiş olunub. Tədbir iştirakçıları festivalın uşaqların yaradıcılığını dəstəkləmək və incəsənətə marağı artırmaq baxımından mühüm rol oynadığını qeyd ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin