Bu saytlarda təhlükəli viruslar aşkarlandı - XƏBƏRDARLIQ

07:40 - 27 Mart 2025

Bu saytlarda təhlükəli viruslar aşkarlandı - XƏBƏRDARLIQ

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) faylların konvertasiyasını təklif edən internet saytlarında yeni zərərverici proqram təminatının yayıldığı barədə xəbərdarlıq edib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, FTB Denver bölməsinin mütəxəssisləri, kiber-dələduzların şəkil, video və sənədlərin konvertasiyası üçün nəzərdə tutulan saytlara viruslar yerləşdirdiyini aşkarlayıb.

FTB ekspertləri qeyd edirlər ki, istifadəçilər çox vaxt iş-işdən keçənə qədər kompüterlərinin zərərli virusa yoluxduğunun fərqinə varmırlar, belə ki, bu cür saytlarda mövcud olan viruslar əməliyyat sisteminə düşdükə orada çox yaxşı maskalanır.


Xəbər xətti

30 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin