İlham Əliyevdən Ramazan bayramı ilə bağlı PAYLAŞIM
29 Mart 2025
20:15 - 26 Mart 2025
Avropa İttifaqı (Aİ) üzv ölkələrdən kritik avadanlıq ehtiyatlarını artırmağı və xalqı fövqəladə hallar üçün ən azı 72 saat ərzində kifayət qədər təchizata malik olmağı tələb edib.
Manset.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Aİ Komissiyası təbii fəlakətlər, müharibə və ya geosiyasi böhranlar kimi mürəkkəb təhdidlər və çağırışlar qarşısında baş verə biləcək yeni hazırlıq strategiyasını ictimaiyyətlə bölüşüb.
Strategiyaya görə, Avropa böhranlara qarşı daha hazırlıqlı olacaq.
Böhran vəziyyətlərində əsas sosial xidmətlərin davam etdirilməsi təmin ediləcək. Bu çərçivədə xəstəxanalar, məktəblər, nəqliyyat və telekommunikasiya kimi əsas xidmətlər üçün minimum hazırlıq meyarları hazırlanacaq. Həmçinin üzv ölkələrdə kritik avadanlıq və materiallar, o cümlədən su ehtiyatları da artırılacaq.
Aİ-nin mövcud böhran strukturları arasında inteqrasiyanı yaxşılaşdırmaq üçün Aİ Böhran Mərkəzi yaradılacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin