"Azərbaycanın qələbəsi bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcək” - Ərdoğan

17:39 - 28 Noyabr 2021

"Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi bölgədə normallaşdırma səylərini gücləndirəcək".

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında bildirib.

Türkiyə Prezidenti deyib: “Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin