Eldar Əzizovun qudası bizi blokadada saxlayır: “Evimizə pəncərədən girib-çıxırıq” — VİDEO/FOTOLAR
29 Mart 2025
16:19 - 26 Mart 2025
Qəzza zolağında son 24 saat ərzində Fələstin anklavında gedən döyüşlər nəticəsində 40-a yaxın adam ölüb.
Manset.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 39 nəfər ölüb, 124 yaralı xəstəxanalara yerləşdirilib.
Martın 18-də hərbi əməliyyatların bərpasından sonra İsrailin hücumları nəticəsində həlak olanların ümumi sayı hazırda 830, yaralıların sayı isə 1787 nəfərdir.
Qəzzanın Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından Qəzza zolağında həlak olanların ümumi sayının 50 183 nəfərə yüksəldiyini, daha 113 828 fələstinlinin yaralandığını açıqlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin