Mikroavtobus yük maşını ilə toqquşdu - 14 nəfər yaralandı

13:39 - 26 Mart 2025

Mikroavtobus yük maşını ilə toqquşdu - 14 nəfər yaralandı

Türkiyənin Sivas bölgəsində mikroavtobusla yük maşını toqquşub.

 

Manset.az xəbər verir ki, yol qəzasında 14 nəfər xəsarət alıb. Mikroavtobus tuneldə dəmir yüklü yük maşını ilə toqquşub.

Qəza yerinə təcili yardım, polis və jandarma qrupları gəlib.

Qəzada mikroavtobusun sürücüsü və avtomobildə olan 13 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.

Qəzaya görə bağlanan tunelin Kanqal istiqaməti avtomobillər çıxarıldıqdan sonra yenidən açılıb.


Xəbər xətti

29 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin