İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim etdi - FOTOLAR
29 Mart 2025
12:20 - 26 Mart 2025
Milli komandamızın müdafiəçisi Mert Çelik dünən yoxlama oyununda Belarusa 0:2 hesabı ilə uduzduqları oyundan sonra Azərbaycan xalqından üzr istəyib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında “Səbail”in müdafiəçisi bu matçda da azarkeşləri sevindirə bilmədikləri üçün məyus olduğunu söyləyib:
“Bu matçda ən azından heç-heçəyə nail olmaq istəyirdik. Çalışırdıq ki, ən pis halda məğlub olmayaq. Təəssüf ki, alınmadı. Buna görə xalqımızdan üzr istəyirik. Onları yenə də sevindirə bilmədiyimiz üçün çox məyusuq”.
O, Belarusla matçda yenilgiyə layiq olmadıqlarını bildirib: “Çox məyusuq. Bununla belə, irəli baxmaq lazımdır. Mütləq toparlanıb, gücümüzü göstərməliyik. DÇ-2026-nın seçmə mərhələsi öncəsi yayda daha iki yoxlama matçı keçirəcəyik. Ümid edirəm ki, o vaxta qədər çatışmayan cəhətlərimiz üzərində çalışıb, Latviya və Macarıstanla görüşlərə daha yaxşı vəziyyətdə çıxacağıq”.
Azərbaycan yığmasına uzun fasilədən sonra dəvət alan M.Çelik qarşıdakı matçlarda da millinin formasını geyinmək üçün əlindən gələni edəcəyini vurğulayıb: “5 illik fasilədən sonra Azərbaycan millisinə dəvət aldım. Hər zaman hazır olmağa çalışıram. İnanıram ki, gələcəkdə yenə də bu formanı geyinəcəyəm. Azərbaycan mənim ikinci deyil, birinci vətənimdir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin