İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim etdi - FOTOLAR
29 Mart 2025
12:14 - 26 Mart 2025
Fransada iki akrobatik təyyarənin toqquşması nəticəsində 3 nəfər sağ qalıb.
Manset.az xəbər verir ki, Fransanın Hərbi Hava Qüvvələrinə məxsus iki akrobatik təyyarə Fransanın şimal-şərqindəki Saint-Dizier bölgəsində məşq zamanı havada toqquşub.
Fransa-Almaniya Alpha reaktiv təyyarələrinin toqquşmasından sonra iki pilot və bir sərnişin ejeksiyon oturacaqlarından istifadə edərək xilas olublar.
Fransa ordusundan verilən açıqlamada paraşütlə yerə enən sərnişin və pilotların huşsuz vəziyyətdə tapıldığı bildirilib. Hadisə nəticəsində 1 nəfərin yaralandığı, reaktiv təyyarələrdən birinin ərazidəki siloya çırpılması nəticəsində yanğının başladığı bildirilib.
Fransanın müdafiə naziri Sebastien Lecornu sosial media hesabından verdiyi açıqlamada bölgəyə təcili yardımların göndərildiyini və hadisə zamanı yüngül yaralanan 1 nəfərə tibbi yardım göstərildiyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin