Türk gəncin videosu Ermənistanı dəli etdi - İrəvandan "azərbaycanlılara salam"

10:26 - 26 Mart 2025

Türk gəncin videosu Ermənistanı dəli etdi - İrəvandan

Türk gəncin Azərbaycanın qədim torpağı İrəvandan çəkmiş daha bir videosu Ermənistanda sürətlə yayılaraq, geniş rezonans doğurub. Bundan əvvəl də türkiyəli bir gənc Azərbaycan ləhcəsi ilə İrəvanın mərkəzindən Türk Dünyasına mesaj göndərmişdi.
 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, türk gənc bu dəfə də şəhərin mərkəzindən canlı yayım açaraq, qeyd edib:

"Azərbaycanın qədim torpağı İrəvandan bütün Türk dünyasını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Xüsusilə də "yeraz"lara buradan salam deyirəm".

Daha sonra gənc çıxışını məşhur "Anadır arzulara hər zaman Qarabağ" mahnısını ifa etməklə davam etdirib və əl işarəsi ilə boz qurd simvolunu göstərib.

Bütün bunlar Ermənistanda isterik reaksiyalara səbəb olub, bəzi erməni sosial media istifadəçiləri "İrəvanda necə belə bir şey baş verə bilər?" sualını qaldırıblar.

Sosial mediada yayılan xəbərlərə görə, Ermənistanın hüquq-mühafizə orqanları bu gəncin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçiblər.

Bu hadisə Ermənistanda ciddi narahatlıq doğurmaqla yanaşı, bir daha İrəvanın tarixi kimliyinin müzakirə olunmasına səbəb olub.

Azərbaycanlılar sosial şəbəkələrdə videonu geniş yayaraq, gəncin cəsarətini alqışlayır, erməni tərəf isə bu hadisəni "təhlükəli tendensiyanın başlanğıcı" kimi qiymətləndirir.


Xəbər xətti

29 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin