"Ermənistan təxribatlarını gizlətməyə çalışır" - MN
31 Mart 2025
08:45 - 26 Mart 2025
Hər həftə yayımlanan bölümündə epizodları və aktyorları ilə tez-tez maqazin gündəmində olan “Kızılcık şerbeti” serialı bu dəfə aktyorlarının açıqlamaları ilə səs-küy yaradıb.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən günlərdə aktyorlar Sevim Erdoğan və Bahtiyar Memili bir verilişdə qonaq olub və açıqlamaları ilə diqqət çəkiblər.
“Çəkilişdə eqosu olan aktyor varmı?” sualına düşünmədən “bəli” cavabını verən aktyorların bu açıqlaması sosial mediada müzakirələrə səbəb olub. “Eqosu olan aktyor”un serialın Kıvılcımı olan Evrim Alasya ola biləcəyi iddiaları gündəmə gəlib.
Aktrisa ilə bağlı bu iddialar sürətlə yayılarkən, “Kızılcık şerbeti”nin prodüser şirkəti “Gold Film” sosial media hesablarından yazılı açıqlama verib.
“Bu yaxınlarda “Kızılcık şerbeti”nin aktyorları Sevim Erdoğan və Bahtiyar Memili “Gold Film”in icazəsi və xəbəri olmadan bir proqrama qonaq olublar. Təəssüf ki, məqsədini aşan bu müsahibədən sonra öyrəndik ki, dəyərli aktrisamız Evrim Alasya ilə bağlı həqiqəti əks etdirməyən əsassız xəbərlər yayılıb. Bildirmək istərdik ki, “Kızılcık şerbeti”nin 3-cü ilində həm aktyorlarımız, həm komandamız, həm də özümüz Evrim Alasya ilə prinsipial, intizamlı və son dərəcə ahəngdar bir şəkildə çalışmışıq. Dərc olunan xəbərlər həqiqəti əks etdirmir və bu xəbərə etibar etməməyinizi xahiş edirik”, - açıqlamada bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin