Azərbaycan millisi Belarusa məğlub oldu - YENİLƏNİB

23:43 - 25 Mart 2025

Azərbaycan millisi Belarusa məğlub oldu - YENİLƏNİB

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

 

Manset.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.

 

***

23:23

 

Azərbaycan - Belarus matçında ikinci qol vurulub.

 

Manset.az xəbər verir ki, Nikita Demçenko 78-ci dəqiqədə Belarus millisinin ikinci qolunu vurub - 2:0.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

 

***

23:06

 

Azərbaycan - Belarus matçında hesab açılıb.

 

Manset.az xəbər verir ki, Pavel Zabelin 59-cu dəqiqədə Belarus millisini önə çıxarıb - 1:0.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

 

***

22:59

 

Azərbaycan  Belarus matçında ilk hissə başa çatıb.

 

Manset.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.

 Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

 

***

21:45

 

Futbol üzrə Azərbaycan millisi yoxlama oyununda Belarusla qarşılaşır.

 

Manset.az xəbər verir ki, görüş Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin