Sabah Bakıda bu küçə bağlanacaq
26 Mart 2025
18:30 - 25 Mart 2025
19 martdan bu yana İstanbul Böyükşəhər Bələdiyyəsinin istintaqı ilə bağlı keçirilən etirazlarda 1418 şübhəli saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya sosial hesabında paylaşım edib.
"2025-ci il martın 19-dan bu yana keçirilən qanunsuz aksiyalarda indiyədək 1418 şübhəli saxlanılıb. 979 şübhəli hələ də həbsdə olduğu halda, bu gün 478 nəfər məhkəmə qarşısına çıxarılacaq. Küçələrdə terror törətməyə, milli-mənəvi dəyərlərimizə hücum etməyə cəhd edənlərə heç vaxt güzəşt olmayacaq. Prezidentimiz Ərdoğanın mərhum anasını və ailəsini təhqir edənləri bir daha lənətləyirəm. Təhlükəsizlik qüvvələrimiz millətimizin əmin-amanlığını və təhlükəsizliyini 7/24 qoruyur və bundan sonra da qoruyacaq”, - türkiyəli nazir qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin