Sabah Bakıda bu küçə bağlanacaq
26 Mart 2025
18:15 - 25 Mart 2025
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla əlaqələrin gücləndirilməsinə tapşırıq verib.
Manset.az Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu o, nazirliklərarası iclasda bildirib.
Hökumət rəsmisi iclasda Azərbaycanla əlaqələrin gücləndirilməsinin ölkəsinin prioriteti olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.
M.İ.Dar həmçinin Azərbaycanın iştirakı ilə həyata keçiriləcək investisiya layihələri ilə bağlı işləri sürətləndirməyi tapşırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin